Tercolada polis 2 nəfəri marixuana almaq, saxlamaq və satmağa çalışmaq ittihamı ilə həbs edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs edilənlər əvvəllər məhkum olunmuş şəxslər – 2002-ci il təvəllüdlü İ.A. və 2002-ci il təvəllüdlü M.K – dır.
Polis sübut kimi həbs edilən şəxslərin həm şəxsi əşyalarını, həm də sonrakı satış üçün yerləşdirilmiş marixuananı onların göstərdiyi yerlərdən çıxarıb.
Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 273-cü və 19-273-cü maddələri ilə narkotik vasitələri, onun analoqunu və ya prekursorunu şəxsi istifadə üçün qanunsuz olaraq az miqdarda hazırlama, əldə etmə, saxlama və ya həkim resepti olmadan qanunsuz istehlak etmə ilə bağlı araşdırmalara başlanılıb.
Həbs olunanları 8 ilə qədər həbs gözləyir.