Daxili İşlər Nazirliyinin 143 əməkdaşı yaralanıb – Daraxvelidze

Daxili İşlər Nazirliyi: Aksiya iştirakçılarından ümumilikdə 5 nəfər cinayyət, 293 nəfər isə inzibati qaydada saxlanılıb.

Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, son bir neçə gündə keçirilən etiraz aksiyaları zamanı ümumilikdə 293 fəal həbs edilib. Həmçinin cinayət işi üzrə 5 vətəndaş həbs edilib. Onun sözlərinə görə, istintaq davam etdirilir və “zorakılıq əməllərini törədən şəxslərin müəyyən edilərək tutulması üçün bütün müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir”.

Nazir müavininin sözlərinə görə, cinayət qanunvericiliyinə əsasən, beş nəfər iki maddə üzrə – polisə hücum etmək və əşyaya ziyan vurmaq ittihamı ilə həbs edilir.

Onun sözlərinə görə, indiki mərhələdə 293 nəfər inzibati qaydada saxlanılıb. Onlardan 108 nəfərin inzibati işinin materialları artıq Tbilisi Şəhər Məhkəməsinə təqdim edilib, onlardan 89 nəfərə qarşı icraat yekunlaşıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Dekabrın 4-də Marneulidə dinc etiraz aksiyası planlaşdırılıb

Növbəti Məqalə

Tətil və etiraz aksiyaları Tbilisi və regionların məktəblərini əhatə edib

Oxşar Xəbərlər