Sabah, dekabrın 4-də Marneuli Bələdiyyəsində, 22 N-li Dairə Seçki Komissiyasının binası yaxınlığında dinc mitinq planlaşdırılır.
“Ölkənin çağırışlarına birlikdə cavab verək!
Dinc etiraza qoşulun,
Azadlığın və ədalətin yanında olaq!
Səsimiz vacibdir – gəlin birlikdə dəyişiklik edə biləcəyimizi göstərək!
Yoldaşlar, sizi gözləyirik” – etiraz aksiyası ilə bağlı bəyanatda qeyd olunur.
Artıq 6 gündür ki, Gürcüstan hökumətinin Avro-Atlantik kursunu dəyişməsi ilə əlaqədar bütün Gürcüstanda etiraz aksiyaları keçirilir. Genişmiqyaslı aksiyaların əsas mərkəzi Tbilisinin Rustaveli küçəsindədir. Bununla belə, bölgələrdə də aksiyalar keçirilir.