Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Teodor Russopulos Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatna reaksiya verib.
O, AŞPA-nın Azərbaycanın əleyhinə səs verən deputatlarının “persona non-qrata” elan edilməsini Bakının yanlış addımı kimi qiymətləndirib.
Neytral.ge xəbər verir ki, bu barədə avqustun 27-də AŞPA-nın səhifəsində yazılıb.
AŞPA prezidenti deyib ki, Xarici İşlər Nazirliyinin bəyanatı Azərbaycanın Avropa Şurasındakı hazırkı mövqeyini çətinləşdirən və təəssüf doğuran siqnaldır:
“Üzv dövlətlər özlərini demokratiya standartlarına riayət etmək öhdəliyini götürüblər. Odur ki, öz vicdanlarına uyğun səs verənləri qara siyahıya salmaq yalnız əks nəticələrə gətirib çıxara bilər”.