İvanişvili və “Gürcü arzusu” Aİ-nin sanksiyalarına məruz qalacaqlarmı – İozviak nə deyir
Elan edilmiş diktaturaya görə İvanişvili və “Gürcü arzusu” Aİ-nin sanksiyalarına məruz qalacaqlarmı? – “Azadlıq radiosu”nun Brüssel bürosunun rəhbəri Rikard İozviak “Tv Pirveli”yə müsahibəsində bildirir ki, Gürcüstan hökumətinin müxalifəti ləğv etmək planı Avropa İttifaqını narahat edir.
Avropanın siyasi paytaxtında etibarlı mənbələri olan jurnalist deyir ki, antidemokratik addımlara görə müəyyən dövlətlər Gürcüstan hökumətinin nümayəndələrinin Avropa ölkələrinə getməsi üçün viza rejimi tətbiq edə bilər.
„Düşünürəm ki, şəxsi sanksiyalar olacaq, bir fərqlə, Avropa Birliyinin vahid sanksiyaları olmaya bilər, amma biz Aİ-yə üzv dövlətlərin sanksiyalarını ayrı-ayrılıqda görəcəyik. Üzv dövlətlər öz ölkələrinə səyahət hüququnu əngəlləyə bilər, Gürcüstan vətəndaşlarından, eləcə də yüksək rütbəli məmurlardan ölkələrinə getmək üçün viza tələb edə bilərlər. Onlar yardımı dayandıra bilərlər, genişlənmə və üzvlük prosesini dayandıra bilərlər, məncə, bu, onsuz da baş verəcək. Fərdi sanksiyalar baş tutmayacaq, çünki İvanişvilinin orada Orban adlı müttəfiqi olduğuna görə, Avropa İttifaqında birlik olmayacaq. İşlər yenidən mürəkkəbləşərsə, tədbirlər daha sərt olacaq. İndi seçkiləri gözləyirlər, ondan yayınırlar, çünki o zaman Aİ seçkilərə müdaxiləsi ilə bağlı ittihamlar olacaq. Serbiya və Türkiyə kimi “Gurcü arzusu” da siyasi oyun oynayır, bununla həm Qərblə, həm də Şərqlə olacaqlarını və hamı ilə bərabər oynayacaqlarını düşünürlər, amma bu belə alınmayacaq”.- deyə İozviak bildirib.