DİN media nümayəndələrinə qarşı…

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları etiraz aksiyasının dağıdılması zamanı 10-dan çox media nümayəndəsinə hücum edib.

Noyabrın 29-na keçən gecə aksiyanın dağıdılması zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları – polis və xüsusi təyinatlılar 10-dan çox jurnalist və operatora hücum ediblər (natamam siyahı):

  1. Formula TV-nin əməkdaşı Quram Roqava – maskalı xüsusi təyinatlı əsgər canlı yayım zamanı jurnalistə hücum edib, başına zərbələr endirib, jurnalist yıxılıb və qana bulanıb;
  2. Aleksandr Keşelaşvili, Publika – jurnalist saxlanılıb, üzünə və başına zərbələr endirilib, ləvazimatları müsadirə edilib;
  3. David Tsaqareli, “Azadlıq” radiosunun jurnalisti – maskalı xüsusi təyinatlı zabit canlı yayımda jurnalistin qarnından vuraraq onu yerə yıxıb;
  4. Mariam Nikuradze, OC Media jurnalisti – onlar qəsdən su şırnaqından və bibər qazından istifadə ediblər, jurnalistin kamerasını zədələyiblər və onun mobil telefonunu əlindən alıblar;
  5. Nanuka Kacaya, müxalif TV Pirveli kanalı – canlı yayım zamanı su şırnağı ilə;
  6. David Biçikaşvili, TV Pirveli kanalının operatoru;
  7. Qiorqi Şetsiruli, TV Pirveli telekanalının operatoru – xüsusi təyinatlılar onu təpikləyib;
  8. Anna Mdivani, TV Pirveli-nin jurnalisti – üzünə bibər qazı püskürtdülər;
  9. Niko Kokaya, TV Pirveli-nin operatoru – üzünə bibər qazı püskürtdülər;
  10. Qivi Avaliani, Netqazeti – bibər qazı püskürtdülər;
  11. Natia Amiranaşvili, Publika – jurnalistin telefonunu əlindən aldılar və ona işləməyə icazə vermədilər;
  12. Qiorqi Qoqua, “Project 64” – polis əməkdaşları onu təpiklədilər;
  13. İrakli Manaqadze, Expressnews – xüsusi təyinatlılardan təpik aldı;
  14. David Bejanişvili, İctimai yayımçı – Gürcüstanın Birinci Kanalı.

Media nümayəndələri ilə yanaşı, hüquq müdafiəçiləri və siyasətçilər də daxil olmaqla onlarla etirazçı fiziki zorakılığa məruz qalıb. Əksər hallar videolentlərə qeydə alınıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Xüsusi təyinatlılar mülki şəxsləri saxlayır və döyürlər

Növbəti Məqalə

Gürcüstanın Bolqarıstandakı səfiri istefa verib

Oxşar Xəbərlər