DİN: Polis Acarıstanda qəsdən adam öldürmə faktı ilə bağlı axtarışa başlayıb – 1 nəfər həbs edilib

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Acarıstan Polis İdarəsinin əməkdaşları isti izlər və əməliyyat-istintaq tədbirləri nəticəsində 1 nəfəri saxlayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (108-ci) maddəsi ilə araşdırmalara başlayıb. Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.

“İstintaqla müəyyən edilib ki, bu il yanvarın 24-də Batuminin hərbi qəsəbə adlanan ərazisində qarşılıqlı mübahisə zəminində saxlanılan şəxs 1986-cı il təvəllüdlü D.M.-nin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirərək, ölümlə nəticələnən xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində polis Q.T.-nı hadisədən bir neçə saat sonra izinə düşərkən yaxalayıb” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Pasinyandan “erməni genosidi” ilə bağlı sensasion bəyanat

Növbəti Məqalə

İngiltərədə 12 yaşlı uşağı qətlə yetirən bir nəfər həbs edilib

Oxşar Xəbərlər