Daxili İşlər Nazirliyinin məlumatına görə, polis Tbilisidə qəsdən adam öldürmə işi açıb – 4 nəfər həbs edilib.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisi şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı qəsdən adam öldürmə və xüsusilə ağır cinayət barədə məlumat verməmə faktı ilə bağlı 4 nəfəri həbs ediblər”.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 109 və 376-cı (ağırlaşdırıcı şəraitdə törədildikdə qəsdən adam öldürmə və xüsusilə ağır cinayət haqqında məlumat verməmə) maddələri ilə istintaq aparılır.
Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.