DİN: Xətanın aradan qaldırılması üzərində işləyirik

Gürcüstanın Daxili İşlər Nazirliyi Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 174-cü maddəsi (Toplanış və təzahür haqqında qanun) ilə bağlı vətəndaşlara göndərilən SMS cərimələri ilə bağlı rəsmi açıqlama yayıb.

Məlumat üçün bildirək ki, bu gün, aprelin 23-də vətəndaşlar sosial şəbəkələrdə Daxili İşlər Nazirliyindən SMS cərimələr aldıqlarını, qurumun onların bir neçəsini nəqliyyat vasitələrini düzgün park etmədiklərinə görə 5000 lari məbləğində cərimələdiklərini yazıblar.

DİN-in açıqlamasında qeyd olunduğu kimi, qəbzlər “video cərimə prinsipindən istifadə edilməklə, avtomatik olaraq” dərc olunub.

DİN açıqlamasında qeyd edir ki, müvafiq xidmət texniki nasazlığın aradan qaldırılması istiqamətində iş aparır.

“İnzibati Xətalar Məcəlləsinin 174-cü maddəsi (Gürcüstanın “Məclislər və təzahürlər haqqında” qanunun pozulması) üzrə cərimələrin Daxili İşlər Nazirliyinin rəsmi saytında -polis.ge-də dərcinə başlanılıb.

Video cərimə prinsipindən istifadə edilməklə cərimələr avtomatik olaraq Daxili İşlər Nazirliyinin rəsmi saytında dərc olunurdu ki, bu səbəbdən də vətəndaşlara nəqliyyat vasitəsinə görə cərimə yazılması barədə qısa sms göndərilib.

Müvafiq xidmət texniki nasazlığın aradan qaldırılması üzərində işləyir”, – məlumatda deyilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Kəşmirdə baş verən hücumda ölən turistlərin sayı 26-ya çatıb

Növbəti Məqalə

Sameqreloda 38 190 qutu aksizsiz siqaret ələ keçirilib

Oxşar Xəbərlər