Daxili İşlər Nazirliyi: polisin adından naməlum məzmunlu mesajlar göndərilir, səhvə yol verməyin.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, elektron poçt vasitəsilə vətəndaşlara Patrul Polis İdarəsi və onun rəisi adından anlaşılmaz məzmunlu mesajlar daxil olub.
Daxili İşlər Nazirliyi Gürcüstan əhalisini səhv etməməyə çağırır, çünki idarə bu bildirişləri göndərmir.
“Qeyd olunan fakt Daxili İşlər Nazirliyinin müvafiq xidməti tərəfindən araşdırılacaq”. – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.