Dindən siyasətə – VMH-dan Gürcü arzusuna – maraq nədir?
Neytral.ge xəbər verir ki, Marneuli bələdiyyəsinin Daştəpə kəndinin Axundu, GMİ-nin üzvü Eldəniz Sadıqov hökümətyönlü mediaların efirində çıxış edərək bəyan edib ki, o, artıq VMH partiyasını tərk edir və bu gündən „Gürcü arzusu”nun sıralarına keçir.
Sadıqov qeyd edib ki, 2019-cu ildən bu günə qədər VMH partiyasının aktivisti olub, ancaq partiya üzvlərinin çirkin əməllərini görüb və onlardan uzaqlaşmaq qərarına gəlib. O deyir ki, VMH-də olanların hec biri xalqı fikirləşmir, Davit Kirkitadze, Aqil Mustafaev, Azad Kərimov, Ramal Əhmədov, hamısı yalançıdırlar.
Neytral.ge xəbər verir ki, Eldəniz Sadıqovun bu çıxışına, dedikləri sözlərə VMH partiyasından cavab gecikmədi, partiyanın Marneuli üzrə qərargah sədri Azad Kərimov portalımıza müsahibə verərək məsələyə aydınlıq gətirdi:
“Qiz evində toydu – oğlan evinin xəbəri yoxdu”… İlk öncə demək istərdim ki, Eldəniz Sadıqov VMH partiyasinin üzvü deyil, nə də olmayıb. Onunla birlikdə orada duranlar, onların hər- biri başqa-başqa partiyaları dəstəkləyir, ikisini misal gətirə bilərəm, səkildə gördüyünüz iki şəxs Akif və Orxan „Axali”nin, qalanlari isə „Gürcü arzusu”nun dəstəkçiləridir.
Hal-hazırda Eldəniz Sadıqov Zaur darğallıdan pul alıb, VMH partiyasını nüfuzdan salmaq istəyir. Bu „Gürcü arzusu”nun ilk işi deyil, „yoldan tutma” adamları pul qarşılığında hökümətyönlü mediaların efirinə çıxarıb, yalan sözlər söylədir, seçki qabağı „qara” kompaniyalarla məşğuldu. Eldəniz Sadıqov da elə bunlardan biridir, o pul qarşılığında bunları edir, onu yaxşı tanıyıram.
Mən burada Gürcüstan Müsəlmanlar İdarəsinin rəhbəri Hacı Faiq Nəbiyevə sual verirəm – idarədə belə axundunlarınız çoxdurmu? DTX sizin işçiləri pulla alır, VMH-ın üzvü kimi göstərib, sonra da „Gürcü arzusu”na dəstək verdirir. Əgər Eldəniz Sadıqov kimi pul qarşılığında hər şeyə gedən siyasi partiyalarin üzvü olan axundlarınız vardırsa, sizdən tələb edirəm ki, media vasitəsilə onların ad və soyadlarını xalqa təqdim edəsiniz!” – Azad Kərimov bildirdi.
Qeyd edək ki, Marneuli bələdiyyəsinin Daştəpə kəndinin axundu Eldəniz Sadiqov 9 oktyabr tarixində açıqlama verərək “Birlik – Milli Hərəkat”dan “Gürcü Arzusu” partiyasına keçib