Donald Tramp Kamala Harrisə verdiyi müsahibəyə görə CBS News-a qarşı iddia qaldırıb.
ABŞ prezidentliyinə namizəd Donald Tramp Kamala Harrislə müsahibəyə görə CBS telekanalını məhkəməyə verib.
Keçmiş prezident televiziya şirkətini Harrisin müsahibə zamanı verdiyi cavabları ictimaiyyəti çaşdıracaq şəkildə redaktə etməkdə ittiham edir. İddia Kamala Harrisin oktyabr ayında “60 dəqiqə”yə verdiyi müsahibə ilə bağlıdır.
CBS News Trampın şikayətinə cavab verib və onun iddialarının əsassız olduğunu bildirib.
Qeyd edək ki, proqrama Donald Tramp da dəvət olunmüşdu, ancaq Respublikaçılar Partiyasından prezidentliyə namizədi təklifdən imtina edib.