Dördüncü prezident: Sovet Gürcüstanı parçalanır

Gürcüstanın dördüncü prezidenti Gürcüstandakı etiraz dalğasını Sovet Gürcüstanının parçalanması prosesi adlandırır. 

Qiorqi Marqvelaşvilinin sözlərinə görə, oğurlanmış seçkiləri ört-basdır etmək üçün başlayan döyüş davam edir və Gürcüstan məğlub olmayacaq. 

“Azadlıq dövlətin, milliliyin, mədəniyyətin arxasında duran dəyərdir. Ölkənin inkişafının istənilən tarixi və dramatik məqamında azad insanlar həmişə bir-birinin yanında olublar.

İndi bizimlə azadlıqsevər insanlar dayanır. Çox xoşuma gəlir ki, bizim avropalı tərəfdaşlarımız müxalifətin formalaşdırdığı planda aksiyaların pik nöqtəsinin bazar ertəsi olduğunu öyrənib, bazar ertəsi mitinqdə iştirak etməli olduqlarını başa düşüblər. Belə bir dəstəyi aldığıma görə xoşbəxtəm, bu, məni ruhlandırır, ümidimi gücləndirir.

Bu, Sovet Gürcüstanının sökülməsi prosesidir, 1 günə olmayacaq, 2 günə olmayacaq. Azadlıq əldə etmək əzmkarlıq tələb edir, çalışmaq lazımdır və biz bunu edəcəyik, sınmayacağıq, çünki bizim başqa alternativimiz yoxdur. Digər alternativ Rusiyadır, biz bunu 30 il əvvəl etmişik, təəssüf ki, Sovet Gürcüstanını yenidən dağıdmalıyıq. Biz azadlığımız üçün mübarizə aparırıq”, – Qiorqi Marqvelaşvili deyir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Avropa İttifaqının nümayəndə heyəti Rustaveli prospektindədir

Növbəti Məqalə

Rot gürcü xalqına: “Təslim olmayın, biz sizin yanınızdayıq”

Oxşar Xəbərlər