Etirazların iştirakçısı Mark Davitian həbs edilib – onun dostu sosial şəbəkədə yazdığı kimi, fəal Diğomi təcridxanasına yerləşdirilib.
“Dostumuz həbs olundu. Eşitdiyimiz kimi, o, Diğomi təcrid kamerasındadır! Dünən gecə birlikdə evə getdik, Azadlıq metrosunda ayrıldıq, bundan sonra telefona belə cavab vermədi və heç bir əlaqə olmadı! Əlində bayraq olan oğlan! O, hər gün mitinqdə olurdu”, – Tiko Qobronidze “Daitove” qrupunda yazıb.