Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, antiterror əməliyyatları çərçivəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq-əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində eyni vaxtda bir neçə xüsusi əməliyyat keçirilib. DTX-nın məlumatına görə, həbs edilən 2 nəfərin yaşayış yerindən beynəlxalq terror təşkilatı ilə mümkün əlaqəni təsdiq edən müxtəlif sübutlar çıxarılıb.
“Görülmüş tədbirlər nəticəsində iki Gürcüstan vətəndaşı həbs edilib, onların yaşayış yerlərindən istintaq üçün vacib sübutlar, o cümlədən döyüş sursatı, müxtəlif növ elektron avadanlıqlar, pul və digər mühüm əşyalar götürülüb.
Həbs olunan şəxslərin yaşayış yerlərindən beynəlxalq terror təşkilatı ilə mümkün əlaqəni təsdiq edən müxtəlif sübutlar da götürülüb”, – DTX-nın bəyanatında deyilir.
Agentliyin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı üzrə 328-ci maddəsi ilə aparılır.
Araşdırmanı Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi aparır.