Polşa prezidenti Andjey Duda Bakıda keçirilən COP29-un rəsmi ailə fotosunda yer almaqdan imtina edib.
Polşanın “Polsat” telekanalının məlumatında bildirilib ki, bu rəmzi kənara çəkilmə Belarusun Ukrayna hadisələrindəki iştirakı ilə bağlıdır.
Keçən il Dubayda keçirilən COP28-də də Polşa, Litva və Latviya liderləri Lukaşenko ilə birgə foto çəkdirməkdən imtina etmişdilər.