“Dünyanı daha təhlükəsiz yerə çevirmək üçün əlimizdən gələni edəcəyik” – Donald Tramp Si Cinpinlə danışıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Çinin prezidenti Si Cinpin arasında telefon danışığı olub. Liderlər xüsusilə iqtisadi və ticari əlaqələrə diqqət yetiriblər. Bununla belə, əsas müzakirə mövzularından biri də tezliklə ABŞ-da qadağan oluna biləcək sosial media platforması TikTok idi.

Çin prezidentinin sözlərinə görə, ABŞ və Çin arasında iqtisadi əlaqələr hər iki ölkə üçün faydalıdır və heç bir tərəf qarşıdurma və münaqişə yaratmağa çalışmamalıdır.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, liderlər ikitərəfli münasibətlərin əsas məsələlərini müzakirə etmək üçün strateji kommunikasiya kanalı yaratmaq barədə razılığa gəliblər.

Donald Tramp söhbət barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mən bu yaxınlarda Çin Prezidenti ilə danışdım. Telefon danışığı həm Çin, həm də ABŞ üçün çox məhsuldar oldu. Bir çox problemləri birlikdə həll edəcəyimizi gözləyirəm. Biz ticarət balansı, fentanil, TikTok və bir çox başqa məsələləri müzakirə etdik. Prezident Si ilə Dünyanı daha qorumlu və təhlükəsiz etmək üçün əlimizdən gələni edəcəyik”, – Tramp yazıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rusiya və İran Qərbin sanksiyaları fonunda yeni saziş imzalayıb

Növbəti Məqalə

İnterfaks: Azərbaycanda meymun çiçəyinə ilk yoluxma faktı təsdiqlənib

Oxşar Xəbərlər