Müstəqil medianın qlobal şəbəkəsi olan Beynəlxalq Mətbuat İnstitutu (IPI) bəyanat yayaraq Mzia Amağlobelinin dərhal azad edilməsini tələb edir.
Şəbəkə Mzia Amağlobelini həbsdə saxlayan Batumi Şəhər Məhkəməsinin çıxardığı qərardan narahatlığını bildirir.
Bəyanatı hazırda dünyanın müxtəlif ölkələrindən 97 təşkilat və 242 jurnalist imzalayıb.
Mzia Amağlobelinin dərhal azad edilməsi ilə yanaşı, bəyanatı imzalayanlar onun yersiz ittihamdan çıxarılmasını və onunla pis rəftarla bağlı müstəqil araşdırmaya başlanılmasını tələb edirlər.
Xatırladırıq ki, məhkəmə “Netgazet” və “Batumeli”nin təsisçisi Mzia Amağlobelini həbsdə saxlayıb. Dünənki prosesdə hakim Viktor Metreveli qərarı elan edib.