“Gürcüstanın hakim partiyası seçkilərdə qalib gələrsə, Tbilisi ilə Moskva arasında diplomatik münasibətlərin bərpası ilə bağlı danışıqlara başlaya bilər”.
Neytral.ge xəbər verir ki, bu barədə Avrasiya Analitik Klubunun (EAK) rəhbəri Nikita Menkoviç bildirib. Məlumatı Sputnik nəşri yayıb.
“Danışıqların başlanması ehtimalı daha yüksəkdir”.
Eyni zamanda, Menkoviç təklif edir ki, “Gürcü arzusu”nun qələbəsindən sonra Cənubi Qafqazda Qərb ölkələrinin iştirakı olmadan Cenevrə formatının əvəzlənməsi halında yeni format təklif etmək olar.