“Mtavari kanal”ın məlumatına görə, oliqarxın Əbu-Dabidə həbs edilən “müavinləri” İrakli Zarkua və Viktor Sanikidze maksimum məbləğdə – 80 min dollar cərimələnib, onlar Gürcüstana qayıtdılar.
Mənbənin bildirdiyinə görə, onların həbsindən sonra qeyri-legitim baş nazir Kobaxidze komanda yoldaşlarını azad etmək üçün bir neçə dəfə zəng edib, lakin buna baxmayaraq, özlərini deputat adlandıran şəxslər karserdə qalıblar.