Edison Research seçkilərlə bağlı açıqlama verib

Edison araşdırması: exit-poll ilə nəticələr arasında 13 ballıq fərq manipulyasiya olduğunu göstərir.

Edison Research oktyabrın 26-da keçirilən seçkilər üçün exit-pollların icmalı ilə bağlı bəyanat yayıb və bildirib ki, rəsmi nəticələrlə exit-polllar arasındakı 13 faizlik fərq səslərin manipulyasiyasına işarə edir. 

Şirkət yazır ki, mümkün seçki saxtakarlığı ilə bağlı bəyanatlardan sonra öz exit-polllarına baxış keçirib. 

Edison vurğulayır ki, 2024-cü il parlament seçkiləri istisna olmaqla, 2012-ci ildən keçirilən bütün exit-polllar rəsmi nəticəni təxminən əks etdirib və ondan ciddi şəkildə kənara çıxmayıb.

“Edison 2012-ci ildən Gürcüstanda milli exit-poll keçirir. İndiyədək bütün Edison exit-pollları rəsmi dərc olunmuş nəticələri düzgün əks etdirib və “Gürcü Arzusu”nun qalib partiya olduğunu göstərib. 2024-cü ilə qədər keçirilən 5 exit-pollda nəticə ilə orta fərq 2%-i olub.

Bununla belə, 2024-cü il parlament seçkilərinin rəsmi nəticələrinə görə, “Gürcü arzusu” 54% səs qazanıb ki, bu da Edisonun oktyabrın 26-da axşam keçirdiyi “exit-poll”un məlumatlarından 13 faiz çoxdur” – açıqlamada yazılıb. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Canaşia: Hökumətə təzyiq çoxşaxəli olmalıdır

Növbəti Məqalə

Rusiya cəsusları seçkilərlə bağlı gizli müşahidə aparıb

Oxşar Xəbərlər