Edison Research tərəfindən partiyaların reytinqləri

Neytral.ge xəbər verir ki, Edison Research araşdırma şirkəti Formula TV-nin sifarişi ilə ictimai rəy sorğusu keçirib. Sorğuda sabah parlament seçkiləri keçirilsəydi kimə səs verərdiniz sualı ilə bağlı partiyaların reytinqləri aşağıdakı kimi paylaşılıb:

Gürcü Arzusu – Demokratik Hərəkat – 34%

Birlik: VMH, Ağmaşenebeli Strategiyası, Avropalı Gürcüstan – 19,2%

Qaxariya – Gürcüstan üçün – 10,6%

Güclü Gürcüstan: Lelo, İnsanlar üçün, Azadlıq Meydanı, Vətəndaşlar – 9,8%

Yeni Birlik Qvaramia Melia – 9,1%

Qirchi (Iago Xvichia) – 5,9%

Leyborist Partiyası – 5,1%

Patriot Alliance/Alt Info – 3%

Biz – Davit Katsarava – 2,1%

Digər partiyalar – 1,2%

Formulanın verdiyi məlumata əsasən, üzbəüz sorğu metodundan istifadə edilməklə, Gürcüstanda yaşayan 18 və daha yuxarı yaşda olan, səsvermə hüququna malik 1000 nəfərlə ölkə üzrə təsadüfi seçmə yolu ilə müsahibə aparılıb. Sorğu 2023-cü il dekabrın 1-dən dekabrın 22-dək olan müddətdə aparılıb.

Sorğunun nəticələrinin səhv marjası 95% etimad intervalı üçün +/- 2,5% təşkil edir. Sahə işləri avqustun 29-dan sentyabrın 8-dək aparılıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Laşa Xetereli və Uça Coxadze artıq azaddırlar

Növbəti Məqalə

Əfqanıstanda 14 nəfər şiə həlak olub

Oxşar Xəbərlər