Ədliyyə naziri Anri Oxanaşvili Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev ilə görüşüb

Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.

Tanışlıq görüşündə tərəflər Gürcüstan və Azərbaycan arasında uzunmüddətli strateji tərəfdaşlıqdan danışıblar. İki ölkənin səlahiyyətli qurumları arasında ədliyyə sahəsində səmərəli əməkdaşlıq vurğulanıb.

Ədliyyə Nazirliyində keçirilən görüşdə ədliyyə nazirinin müşaviri Levan Kasradze, Azərbaycan Respublikası səfirinin müşaviri Samir Abdurəhimov və səfirliyin attaşesi Röyal Paşayev iştirak ediblər.

Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlıq üçün gələcək planlar barədə razılığa gəliblər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Tbilisidə faciə – 8-ci sinif şagirdi Rixe parkında açıq çuxura düşərək ölüb

Növbəti Məqalə

Tbilisi meriyası – Rixe parkında yeniyetmənin xəndəyə yıxılaraq ölməsi barədə məlumat tamamilə yalandır və böhtandır – faciə özəl ərazidə baş verib

Oxşar Xəbərlər