Əfqan Muxtarlı ölümlə hədələnir

Neytral.ge bildirir ki, Berlində yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı ölümlə hədələnir. Onu hədələyənlər isə Gürcüstanın keçmiş baş naziri, “Gürcü Arzusu” Partiyasının lideri və milyarder Bidzina İvanaşvilinin adından danışırlar. Bu barədə jurnalist öz sosial şəbəkə hesabında yazıb:

  • Gürcüstan Miqrasiya Xidməti Əfqan Sadıqova siyasi oturum verməkdən imtina edib. Lakin imtina ilə bağlı rəsmi sənəd vermirlər. Əfqana imtina ilə bağlı Azərbaycan dilində yazılmış, tarix, imza və möhür qoyulmamış bir vərəq veriblər. Bu vərəqlə məhkəməyə müraciət etmək mümkün deyil. Gürcüstan höküməti qanunsuzluğu davam etdirir və Əfqanı Azərbaycana təhvil verməkdə israrlıdır.
    Onu da qeyd edim ki, Əfqanı müdafiə etdiyim və Gürcüstan hökümətini tənqid etdiyimə görə məni hədələyiblər. Məndən tələb edilər ki, Əfqan Sadıqovu müdafiə etməyim və Gürcüstan televizyalarında, digər media qrumlarında çıxış edərək İvanaşvili hökümətini tənqid etməyim. Bu sarsaqlar məni ölümlə təhdid edirlər.
Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Natsvlişvili: Sanksiyalara məruz qalan hökümət Avropa İttifaqına daxil ola bilməz

Növbəti Məqalə

Ceyhun Muhammədəli seçkilərə qatılır

Oxşar Xəbərlər