Əfqan Sadıqov Azərbaycana verilə bilər

Neytral.ge bildirir ki, Azərbaycanın tələbilə Gürcüstanda həbs edilən jurnalist Əfqan Sadıqov Azərbaycana verilə bilər. Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti bu qərara gəlib ki, onu Azərbaycanda hər hansı bir fiziki və psixoloji təzyiq gözləmir.
Bununla bağlı məlumatı jurnalistin həyat yoldaşı Sevinc Sadıqova verib.

„ Bu ayın sonunda Gürcüstan dövləti və Miqrasiya Xidməti Əfqan Sadıqovla bağlı yekun qərarı açıqlayacaqdılar. Amma ayın sonunu belə gözləməyiblər. Bu gün (16.09.2024), Gürcüstan Miqrasiya Xidməti rəsmi olaraq Əfqan Sadıqovun ekstradisiyası ilə bağlı cavabını açıqlayıb. Rəsmi cavabda bildirilir ki, Əfqan Sadıqovun Azərbaycana təhvil verilməməsinə heç bir siyasi əsas yoxdur. Hesab edirlər ki, ona qarşı ölkədə həyatı təhlükə yoxdur. Təbii ki, bu qərar gözlənilən idi. Çünkü Gürcüstan Miqrasiyası Xidməti başda olmaqla Gürcüstan dövlətinin nümayəndələri də İlham Əliyevin siyasi sifarişini icra edirlər”.- deyə Sevinc Sadıqova bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İsə Hüseynovun ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb

Növbəti Məqalə

Artıq “WhatsApp” vasitəsilə pul qazanmaq mümkün olacaq

Oxşar Xəbərlər