Əfqan Sadıqovun səhhəti pisləşib

Əfqan Sadıqov hərəkət etməkdə, danışmaqda və diqqətini cəmləməkdə çətinlik çəkir – Rights Georgia

“Gürcüstanın Hüquqları” qeyri-hökumət təşkilatının məlumatına görə, aclıq aksiyasına görə Tbilisidə həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqovun səhhəti kəskin pisləşib.

“Vəkillərimiz Əfqan Sadıqovla oktyabrın 2-də və 3-də Qldani həbsxanasında görüşüblər. Sadıqovun səhhətinin pisləşməsi nəzərə çarpır, vəkillərin sözlərinə görə, o, hərəkət etməkdə, danışmaqda və diqqətini toplamaqda çətinlik çəkir. 

Artıq Əfqan Sadiqonun səhhətinin daha da pisləşməsinin qarşısını almaq üçün müvafiq tibb müəssisəsinə köçürülməsi üçün cəzaçəkmə müəssisəsinə müraciət etmişik. Gürcüstanın Xalq Müdafiəçisi Əfqan Sadıqovun səhhətinin vəziyyəti barədə məlumatlandırılıb”, – təşkilat yazır.

Əfqan Sadıqov sentyabrın 21-də aclıq aksiyasına başlayıb. Həyat yoldaşı Sevinc Sadıqovanın sözlərinə görə, jurnalist onunla qanunsuz rəftar edildiyini, hüquqlarının pozulduğunu düşünür.

Sentyabrın 18-də Miqrasiya İdarəsi Sadıqova Gürcüstanda siyasi sığınacaq verməkdən imtina edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Meksikada miqrantlarla dolu avtomobilə atəş açılıb

Növbəti Məqalə

Emirates uçuşları ləğv edib

Oxşar Xəbərlər