Əgər bu xalq sizin tərəfdarınızdırsa, niyə üzlərini gizlədirlər?

Əgər bu xalq sizin tərəfdarınızdırsa, niyə üzlərini gizlədirlər?

Neytral.ge xəbər verir ki, „Gürcü arzusu”nun elan etdiyi bu gunkü aksiyaya ölkənin bir çox regionlarindan dövlət qurumlarının əməkdaşları səfərbər edilib.

Şida Kartlidə olan kimi, bütün Gürcüstanda dövlət xidmətləri iflic vəziyyətindədir, Sameqrelodan rusiyapərəstləri gətiriblər. “Gürcü arzusu” dövlət qulluqçularını öz işlərinə həvalə etmək qərarına gəlib, uşaq baxçasının müəllimləri bu gün uşaqlara qulluq etmək əvəzinə İvanişviliyə əl çalmaqla məşğul olublar. Quriyada da eyni vəziyyətdir, dövlət qurumları boşdur, administrasiyada heç kim qalmayıb, hamısını aksiyaya səfərbər ediblər.

Anonim mənbə jurnalistə səs yazısı təqdim edib, mənbənin sözlərinə görə, Rustavidəki 25-ci uşaq bağçasının rəhbəri Manoni Meurmişvilinin müəllimlərə göndərdiyi səs yazısıdır.

Həmin müəllim digər müəllimləri “Gürcü arzusu”nun mitinqinə getməyə məcbur edir və itaətsizlik halında onları hədələyir.

Axalsixidən “Gürcü arzusu” tədbirinə gedənlər başlarına yaylıq bağlayıblar. Nəqliyyatda olan insanlar kimliklərini gizlətməyə çalışıblar.

Məlumat üçün bildiririk ki, əldə etdiyimiz məlumata əsasən, bu günkü aksiyaya Gurcüctanın müxtəlif regionlarından dövlət qulluqçularını hədə-qorxu ilə səfərbər ediblər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İsrail casusluqda şübhəli bilinən 7 azərbaycanəsilli vətəndaşını saxlayıb

Növbəti Məqalə

Marneulidə evə əl qumbarası atan 2 şəxs həbs edilib

Oxşar Xəbərlər