7 Oktyabr tarixində “Lelo-Güclü Gürcüstan” koalisiyasının Marneuli qərargahında brifinq keçirilib.
Neytral.ge xəbər verir ki, koalisiyanın nümayəndəsi Aqil Mustafayev və siyasətçi Əhməd İmamquliyev birgə mətbuata açıqlama veriblər.
Əhməd İmamquliyev qeyd edib ki, o, rəsmi olaraq “Güclü Gürcüstan” partiyasına qoşulmayıb, sadəcə Aqil Mustafayevə dəstək olmaq və mövcud hakimiyyətə qarşı mübarizəyə qoşulub.
Ə. İmamquliyev 26 oktyabr parlament seçkilərində Aqil Mustafayevi dəstəkləyəcəyini bildirib.
Neytral.ge bildirir ki, “Birlik – Milli Hərəkat” koalisiyası seçki siyahasında Əhməd İmamquliyevi arxa sırialarda təqdim etdiyi üçün, o, etiraz edərək adının siyahıdan çıxarılmasını tələb etmişdi.
Daha geniş məlumatı video süjetimizdə izləyə bilərsiniz: