Əhməd Abbasov şikayət etdi – araşdırma başladı

Gürcüstan Baş Prokurorluğu Əhməd Abbasovun şikayəti əsasında Zaur Darğallı və Adil Qurbanov barəsində araşdırma başlatdı.

Neytral.ge xəbər verir ki, Marneuli sakini, ictimai fəal, Əhməd Abbasov sosial şəbəkədə Zaur Darğallı haqqda tənqidi post yazdığına görə özlərini “oğru ənənəsi” ilə yaşayan şəxslər tərəfindən ölüm təhdidinə məruz qalmışdır. Bu gün məlum olub ki, Əhməb Abbasov Gürcüstanın Baş Naziri, Baş Prokuror, Daxili İşlər Naziri və Xüsusi İstintaq Xidmətinə şikayət ərizəsi göndərib. Ərizədə Qardabani-Marneuli dairəsi üzrə majoritar deputat Zaur Darğallı və Marneuli Bələdiyyə Məclisinin üzvü Adil Qurbanovun adları hallanır. Əhməd Abbasovun dediklərinə görə, ərizəyə sübut kimi mobil telefonda olan səs yazıları, eləcə də başqa dəlillər əlavə olunub. O, müvafiq qurumlardan ona və ailəsinə qarşı edilən cinayyətləri araşdırıb, Zaur Darğallıya və Adil Qurbanovun addımları ilə istintaq başladılmasını tələb edir.

Gürcüstan Baş Prokurorluğundakı mənbə bildirib ki, artıq Əhməd Abbasovun ərizəsi əsasında, Zaur Darğallı, Adil Qurbanov və özünü “oğru dünyasının” nümayəndəsi kimi təqdim edən şəxs barəsində 01/13-82975 saylı araşdırma proseduru başladılıb. Həmçinin Gürcüstan Xüsusu İstintaq Xidməti paralel olaraq insidentlə bağlı araşdırmaya başlayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Polis skuter sürərkən xəsarət alan vətəndaşı cərimələdi

Növbəti Məqalə

Giorgi Vaşadze – Gürcüstan Avropa Birliyinə üzv olacaq

Oxşar Xəbərlər