Əliyev Çin televiziyasına müsahibədə Tramp administrasiyası ilə müsbət münasibətlərə ümidini ifadə edib

“Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.

Bu barədə Azərbaycan Dövlət Agentliyi Prezident İlham Əliyevin Davosda olarkən yanvarın 20-də Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsinə istinadən məlumat yayıb. Müsahibə fevralın 11-də yayımlanıb.

Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübənin çox müsbət olduğunu vurğulayan dövlət başçısı bunları qeyd edib.

“Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi”, İlham Əliyev deyib.

Prezident müsahibəsində qeyd edib ki, Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və ciddi narahatlıq var.

“Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb”, deyən Əliyev bunun onun fikri olduğunu, ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmədiyini vurğulayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Gürcüstan ombudsmanının nümayəndələri həbsxanada 147 gündür aclıq edən azərbaycanlı jurnalistə baş çəkib

Növbəti Məqalə

Avropa Parlamentinin Qətnaməsi: Biz „Gürcü arzusu” hökumətini tanımırıq, qanuni prezident Zurabişvilidir

Oxşar Xəbərlər