Unutmayaq ki, Avropanın təhlükəsizliyi təkcə Aİ-yə üzv dövlətlərlə bağlı deyil. Bu məsələ bütün Avropa müttəfiqlərinə aiddir. Liderlərin martın 2-də Böyük Britaniyada keçirilən sammiti kimi, biz də bugünkü görüşü Avropanın təhlükəsizliyinə realist yanaşmanın təzahürü kimi qiymətləndiririk. Hesab edirik ki, Türkiyə ilə birlikdə Avropanın təhlükəsizliyini qorumaq üçün addımlar planlaşdırmaq ümumi maraqlarımıza uyğundur. Transatlantik əlaqələri mümkün qədər qoruyub saxlamağımız və müttəfiqimiz Amerikadan güclü dəstək almağımız vacibdir.
Ukraynanın yenidən qurulması üçün Avropa Sülh Aləti kimi mexanizmlərə qoşulmağımız vacibdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib.