Aleksandre Tsuladze Gürcüstanın yeni təhsil naziridir. O, sözügedən vəzifəyə oktyabrın 2-də təyin edilib.
Neytral.ge xəbər verir ki, Aleksandre Tsuladze 2023-cü ilin dekabrında özündən öncə Təhsil naziri olan Qiorqi Amilaxvarinin birinci müavini təyin edilərkən hakim vəzifəsində olub.
Nazir müavini vəzifəsinə təyin olunduqdan sonra Aleksandre Tsuladzenin nə xüsusi təşəbbüsü nə də məktəb yeməklərinin tətbiqi və ya digər problemli məsələlərlə bağlı mövqeyi ictimaiyyətə məlum deyil.
Lakin Aleksandre Tsuladze ilə bağlı xatırlada biləcəyimiz vacib bir detal onun konstitusiyada erkən nikahla bağlı verdiyi cavab olub.
2019-cu ildə Aleksandre Tsuladze Ali Məhkəmənin müddətsiz hakimi vəzifəsinə namizəd olub. Müsahibə zamanı Avropalı Gürcüstanın Hüquq Məsələləri Komitəsinin üzvü Sergi Kapanadze ondan Konstitusiyanın yeni redaksiyasında nəyin pisə doğru dəyişdiyini soruşub, Aleksandr Tsuladze isə nikah anlayışının dəyişdirilməsinə “ehtiyac yox idi” deyə cavab verib.
2022-ci ildəki əmlak bəyannaməsinə görə, Aleksandre Tsuladze Gürcüstan Ali Məhkəməsindən 116 620 lari, Gürcüstan Hüquqşünaslar Assosiasiyasından, təlim modulunun rəhbəri kimi isə – 10,305 lari maaş alıb.
2023-cü ildə Ali Məhkəmənin hakimi kimi o, təzminat kimi 129 532 lari alıb.
Nazir müavini vəzifəsinə təyin olunduqdan üç gün sonra onun maaşı 694,89 lari olub.
Qeyd edək ki, Tsuladze hələ cari ilin bəyannaməsini təqdim etməyib.