Ermənistanda referendum2027-ci ildə keçiriləcək

Ermənistanda Konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Bu barədə avqustun 29-da jurnalistlərə ədliyyə naziri Qriqor Minasyan bildirib.

Onun sözlərinə görə, referendumun keçirilməsi müddəti ilkin olaraq konstitusiya islahatı komissiyasının işçi müzakirələri zamanı müəyyən edilib.

“Kompleks sənəd üzərində ətraflı iş görülməlidir və ictimai müzakirələr aparılacaq. Əvvəlcə mövcud Konstitusiyaya dəyişikliklərin edilməsi, yoxsa yeni əsas qanunun qəbul olunması ilə bağlı mübahisələr olub və sonda ikinci varianta gəliblər”.

“Biz müzakirə etdik və konsensusa gəldik – bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır”, – deyə Minasyan qeyd edib.

Neytral.ge bildirir ki, Ermənistanın hazırkı Konstitusiyası 1990-cı ilin avqustun 23-də qəbul edilib. Sənədin İstiqlal Bəyannaməsi hissəsində Ermənistan Respublikası və Dağlıq Qarabağın birləşdirilməsi haqqında bənd yer alıb.

Azərbaycanın Prezdenti İlham Əliyev başda olmaqla digər rəsmilər bu bəndi əsas gətirərək Yerevanı ərazi iddialarında ittiham edir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Xazaradze: “Keşişlərdən və Patriarxlıqdan başqa cavab gözləmirdim”

Növbəti Məqalə

“Təcrid və yoxsulluq, ya da rifah və Avropa” – Tsiskarişvili

Oxşar Xəbərlər