Paşinyanın sözlərinə görə, Ermənistan KTMT-də “bütün səviyyələrdə” iştirakını dayandırıb.
Neytral.ge xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında Ermənistanın KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) iştirakını dayandırdığını bəyan edib. Bu barədə Ermənistan mətbuatında məlumatlar yayılır.
“Biz bütün səviyyələrdə KTMT-də iştirakı dayandırmışıq və indiki mərhələdə bu, düzgün qərardır. Bu məsələnin müzakirəsi mümkündür, mən bütün fikirlərə hörmətlə yanaşıram, lakin qərar artıq qəbul edilib”, – Paşinyan mətbuat konfransında deyib.
Məlumat üçün bildirək ki, Paşinyan iyunun 12-də Ermənistanın KTMT-dən çıxacağını bəyan edib. Bundan əvvəl, mayın 8-də Ermənistanın KTMT-ni maliyyələşdirməsini dayandırdığı barədə məlumat yayılmışdı.