Rusiya sərhədçiləri Ermənistan və İran sərhədində yerləşən keçid məntəqəsini tərk ediblər.
Dekabrın 30-da Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan sərhəd qüvvələri Rusiya sərhədçiləri olmadan sərhədə nəzarət edir.
5 ay əvvəl İrəvan hava limanında Rusiyaya məxsus keçid məntəqəsi ləğv edilib.
İran sərhədində və Zvartnots hava limanında Rusiya nəzarət-buraxılış məntəqələri 1994-cü ildə Qarabağ müharibəsi başa çatdıqdan sonra açılıb.