Ermənistanla sülh müqaviləsinin bəndlərini ayırmaq olmaz – İlham Əliyev

Azərbaycanın dövlət başçısı İlham Əliyev hesab edir ki, Ermənistanla sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.

Bu açıqlamanı Azərbaycanın Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının yeni səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən səsləndirib.

“Ona görə də Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” təklifi qəribə, tamamilə reallıqdan kənardır və bu cür yanaşma presedenti mənə məlum deyil”, – Əliyev belə deyib.

Əliyevin sözlərinə görə, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan idi və həqiqətən, orada mühüm irəliləyişə nail olunmuşdu:

“Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Güclü Gürcüstan” koalisiyası Sadaxlı kəndində sakinlərlə görüş keçirib

Növbəti Məqalə

Şimali Koreya Cənubi Koreyanı birləşdirən yolların hissələrini partladıb

Oxşar Xəbərlər