Etiraz əlaməti olaraq zalı tərk etdilər…

Avropayönlü etirazlar zamanı həbs olunanların vəkilləri və tərəfdarları etiraz əlaməti olaraq Tbilisi Şəhər Məhkəməsinin zalını tərk ediblər. Saxlanılanların özləri də zaldan çıxarılıb.

Hazırda iclas yalnız hakim, katiblər və prokurorların iştirakı ilə davam edir.

Təqsirləndirilən şəxslər və vəkilləri iclasda iştirak edənlərin sayının çox olması səbəbindən iclasın keçirildiyi kiçik zalda işləməyin mümkün olmadığını deyərək 2 saat müddətinə zalın dəyişdirilməsini istəyiblər.

Tbilisi Şəhər Məhkəməsi avropayönlü etirazlar zamanı saxlanılanların həbsi məsələsini müzakirə etməkdə davam edir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qalmaqal: Hakim Ketevan Caçvadze kimdir və hüquq fakultəsini harada oxuyub?

Növbəti Məqalə

Cud Lou “Kreml cadukarı” filmində Putini canlandıracaq

Oxşar Xəbərlər