Avropayönlü etirazlar zamanı həbs olunanların vəkilləri və tərəfdarları etiraz əlaməti olaraq Tbilisi Şəhər Məhkəməsinin zalını tərk ediblər. Saxlanılanların özləri də zaldan çıxarılıb.
Hazırda iclas yalnız hakim, katiblər və prokurorların iştirakı ilə davam edir.
Təqsirləndirilən şəxslər və vəkilləri iclasda iştirak edənlərin sayının çox olması səbəbindən iclasın keçirildiyi kiçik zalda işləməyin mümkün olmadığını deyərək 2 saat müddətinə zalın dəyişdirilməsini istəyiblər.
Tbilisi Şəhər Məhkəməsi avropayönlü etirazlar zamanı saxlanılanların həbsi məsələsini müzakirə etməkdə davam edir.