Şukruti sakinlərinin etirazı Kobaxidzenin ofisinin yaxınlığına keçib – etirazçılar baş nazirlə görüş tələb edir.
Baş nazirin ofisi etirazların mərkəzidir. Etiraz edən mədənçilərin bəziləri bu yaxınlarda parlamentdən hökumətin idarəçiliyinin yaxınlığına keçiblər. Şukruti əhalisi İrakli Kobaxidze ilə görüş tələb edir.
Aclıq aksiyasının 23-cü günü mədənçilər Kobaxidzeyə Çiaturaya gəlməyi və yerində vəziyyətlə tanış olmağı təklif edirlər.
„Biz bu tərəfə keçdik ki, İrakli Kobaxidze bilsin ki, belə deyil və o, tək bir tərəfi dinləməməlidir. Əgər o özü bizimlə görüşə gəlməyə qərar verməsə, onda nümayəndəsinin Çiaturaya gəlməsini təşkil etsin, o, təəccili addım atmalıdır, bizim məhv olmağımıza necə göz yumurlar. Oyanın hamınız və bizə baxın” – etirazların iştirakçısı deyir.