Etirazların fonunda meriya Rustaveli prospektinin abadlaşdırılmasına hazırlaşır. Tender təkliflərinin qəbulu 2025-ci il yanvarın 9-da başlayacaq və yanvarın 14-də başa çatacaq.
Xatırladırıq ki, ümumi dəyəri 28 440 411 lari olan tenderlər dekabrın 24-də elan edilib.
Müvafiq satınalmalar Satınalmalar üzrə Dövlət Agentliyinin internet saytına yüklənib.
Xatırlatmaq istərdik ki, bir aydan çoxdur ki, Rustaveli prospektində davamlı etiraz aksiyası keçirilir. Mitinq iştirakçıları siyasi məhbusların azadlığa buraxılmasını və yeni seçkilərin təyin edilməsini tələb edirlər.