Euronews: İlkin məlumatlara görə, Azərbaycan təyyarəsi Rusiya raketi ilə vurulub

Araşdırmanın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Bu barədə “Euronews” məlumat yayıb.

Rusiya tərəfinin elektron döyüş sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Məhz bu vəziyyətə görə təyyarə Rusiya aviasiya məkanında radarlardan itib.

Rusiya mənbələrinin məlumatına görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna PUA-larını vurmağa cəhd edib. Belə ki, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-i səhər Qroznıda pilotsuz təyyarə hücumu faktını təsdiqləyərək, itki və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamaq məcburiyyətində qalıb.

Qroznı hava limanı təyyarənin enişinə icazə verməyib. Üstəlik, təyyarəyə Mahaçqala və Mineralnıye Vodı hava limanlarında eniş icazəsi verilməyib. Hava hücumundan müdafiə atəşinə və elektron döyüş sistemlərinin təsirinə məruz qalan təyyarənin yönünü itirmiş ekipajı Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Vilson: Əgər İvanişvili dekabrın 29-da gürcü demokratiyasını məhv etmək planını həyata keçirərsə, o, təsəvvürünə gətirmədiyi cavabı gözləməlidir

Növbəti Məqalə

Qoridə polis maşını ağır xəstəni daşıyan təcili yardım maşını ilə toqquşub

Oxşar Xəbərlər