“Evimə balta ilə soxulub, qan içindəyəm” – iş adamı keçmiş sevgilisini yaralayıb

Moskva vilayətinin keçmiş ticarət naziri, Zuqdididə doğulmuş Mixail Xubutiya keçmiş sevgilisini soyuq silahla bıçaqlayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Mövcud məlumata görə, Xubutiya Odintsovo rayonunun Trexqorka kəndinə gəlib və burada “Van Tea” çay evinin sahibi Yuliya Van yaşayır. Onlar 2024-cü ilin dekabrına qədər münasibətdə olublar və cütlüyün hətta uşağı da olub.

Xubutiya keçmiş sevgilisinə, azyaşlı uşaqları qonşu otaqda yatarkən xəsarət yetirib.

“Məni döydü, qan içindəyəm. Qatil balta ilə gəlib məni fiziki döydü. Əllərimin hamısı göyərib, ayaqlarımda xəsarət var.

Dünən gecə həyatıma qəsd oldu. Təxminən saat 23:00 radələrində Mixail Xubutiya balta ilə evimə soxulub, əl-ayağımı kəsərək başıma zərbə endirib. Həmin vaxt qonşu otaqda qızımız dayə ilə yatırdı.

2018-ci ildən münasibətimiz var, ortaq bir qızımız var, 2024-cü ilin dekabrında ayrıldıq, bundan sonra o, məni daim hədələdi ki, uşağımı əlimdən alacaq, bütün əmlakımı əlimdən alacaq, məni psixiatriya xəstəxanasında bağladacaq, dəfələrlə uşağa ehtiyac olmadığını bildirib, şəxsi əşyalarımı sındırıb.

İndi həkimlərin nəzarətindəyəm, əl-ayağımdakı dərin yaralara tikiş qoyurlar.

Bu hekayəni mümkün qədər çox yay. Bu, cəzasız qalmamalıdır” – Yuliya Van sosial şəbəkədə paylaşdığı videoda bildirib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Kavelaşvili Pasxa bayramında 33 məhkumu əfv edib

Növbəti Məqalə

Rustavi 26 saylı dövlət məktəbindən şagirdlər və müəllimlər təxliyə edilib

Oxşar Xəbərlər