“Fəallar Gələcək Naminə” hərəkatının üzvü Elvin Kərimova 8 günlük inzibati həbs cəzazı verildi
“Sən burada nə axtarırsan, get öz hüquqlarını Əliyevdən [İlham] tələb elə, burada nə gəzirsən, tataro?
Bu xüsusi təyinatlının Elvinə dediyi sözlərdir. ” – deyə Elvin Kərimovun vəkili Ayhan Həsənli öz fb səhifəsində paylaşıb.
Xatırladırıə ki, 3 dekabr “Koalisiya – Dəyişikliklər üçün”ün üzvü və mülki fəal Elvin Kərimov həbs edilib. Həbs edilərkən Elvin həm etnik zəmində, həm də fiziki zorakılığa məruz qalıb. Elvinin üz nahiyəsində xəsarətlər var və onun sözlərinə görə o, polis maşınında dəhşətli şəkildə döyülüb.
Məhkəmə „polisin qanuni tələblərinə tabe olmamaq” maddəsi ilə ona 8 günlük inzibati həbs tədbiri verib.