Fasiləsiz etirazın 101-ci günü – yürüşlərin başlamasına bir neçə saat qalıb

უწყვეტი პროტესტის 101-ე დღე - მარშების დაწყებამდე რამდენიმე საათი რჩება

Gürcüstanda fasiləsiz etiraz aksiyasının 101-ci günü – yürüşlərin başlamasına bir neçə saat qalıb. Avropanın gələcəyinin keşikçiləri dəyişməz tələblərlə küçələrə çıxırlar.

Azadlıq uğrunda mübarizə aparan insanlar hələ də parlament seçkilərinin təyin olunmasını, vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edirlər. Parlamentə bitişik ərazi ilə yanaşı, vətəndaşlar Respublika meydanına toplaşaraq etiraz yürüşü təşkil edəcəklər. 

Yürüşə rejissor Data Tavadze də qoşulur.  Onun dediyi kimi, “Gürcü arzusu” xalqın şərtlərinə tabe olana qədər geri çəkilməyəcək. 

“Bu insanlar qarşılarında duran məqsədə çatana qədər dayanmayacaqlar. Biz özümüz bu yüz gündən əsas götürə bilərik ki, bu qədər günlərə dözümümüz olub, öz prinsiplərimizdə o qədər möhkəm dayanırıq və bu, hökumətə və bu ölkəni idarə edən cinayətkarlara müəyyən xəbərdarlıq olmalıdır ki, bu insanlar geri çəkilməyəcəklər”, – Data Tavadze deyir.

Xatırladırıq ki, bu gün, martın 8-də Tbilisi, Kutaisi və Batumidə etiraz aksiyası keçiriləcək. Paytaxtdakı nümayişçilər saat 19:30-da Respublika meydanına toplaşaraq Parlamentə yürüş edəcəklər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

8 Mart – Beynəlxalq Qadınlar bayramı necə yaranıb? – “129 qadının acı taleyi…”

Növbəti Məqalə

Rusiyanın Ukrayna şəhərinə hücumu nəticəsində 5-i uşaq olmaqla 11 nəfər həlak olub

Oxşar Xəbərlər