Fevralın 18-də Ukrayna prezidenti Vladimir Zelenksi Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Türkiyə Kommunikasiya Departamentinin rəhbəri Fahrettin Altun, Platform X-də məlumat yayıb.
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan ölkəmizə rəsmi səfər edəcək Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edəcək. Görüş fevralın 18-də, çərşənbə axşamı prezident sarayında keçiriləcək”. – Altun yazır.
Onun sözlərinə görə, görüşdə Türkiyə ilə Ukrayna arasında strateji əlaqələr və əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
“Səfər çərçivəsində həmçinin Ukraynada baş verən son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq”, – məlumatda deyilir.