Filippinin vitse-prezidenti açıq şəkildə prezidenti öldürməklə hədələyib

Noyabrın 24-də Filippinin vitse-prezidenti Sara Duterte „killerlə” əlaqə saxladığını və ona ölümü halında prezident Ferdinand Markos Jr.u, həyat yoldaşı və Nümayəndələr Palatasının sədrinin öldürülməsinə göstəriş verdiyini açıqladı. O, bunun zarafat olmadığını diqqətə çatdırıb.

Prezidentin Mühafizə Xidmətindən bildirilib ki, bu ictimai təhlükə milli təhlükəsizliyə təhdiddir və bu səbəbdən də prezidentin mühafizəsi gücləndirilib.

Filippin cinayət qanunvericiliyinə görə, bu cür ictimai təhdidlər həbslə cəzalandırılır. Daha sonra ixtisasca hüquqşünas olan vitse-prezident izahatının təhlükə olmadığını və öz təhlükəsizliyindən narahat olduğunu açıqlayıb.  

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qaxariya partiyası sabah parlamentin qarşısına toplaşacaq

Növbəti Məqalə

Biz Rusiyanı yox, Avropanı istəyirik! – Şərqi Gürcüstandan paytaxta avtomobil karvanları daxil olub

Oxşar Xəbərlər