Fon der Leyen Ukraynaya: biz sizin yanınızda olacağıq, sizin azadlığınız bizim azadlığımızdır
Avropa həmişə Ukraynanın yanında olacaq, çünki Ukrayna Avropadır.
Sizin azadlığınız bizim azadlığımızdır, sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir.
İndi siz inanılmaz sürətlə Aİ-yə doğru irəliləyirsiniz.
Biz ilk gündən sizinləyik və nə qədər lazımdırsa, sizinlə olmağa davam edəcəyik.
Ukraynaya Azadlıq!
Neytral.ge xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula Fon der Leyen X-də yayımlanan videoda Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.