Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata görə, dekabrın 21-də axşam saatlarında Çavçavadze prospektində yerləşən binada baş vermiş yanğın nəticəsində yanğınsöndürən 1982-ci il təvəllüdlü Qiorqi Lelaşvili həlak olub.
Təcili məlumatda yanğınsöndürənin ölümünə səbəb kimi Lelaşvilinin yanğınsöndürmə işlərini yerinə yetirməsi zamanı divarın uçması və onun həlak olması göstərilir.