Fransanın Azərbaycandakı səfirliyi Teo Klerkin həbsini pisləyir

Fransanın Azərbaycandakı səfirliyi Teo Klerkin “açıq-aşkar ayrı-seçkilik xarakterli özbaşına rəftarın qurbanı” olduğunu düşünür və həbsini pisləyir.

Neytral.ge xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir.

Qeyd edilir ki, Teo Klerk sentyabrın 10-da Azərbaycan məhkəməsi tərəfindən metroda qraffiti çəkdiyinə görə üç il həbs cəzasına məhkum edilib. Eyni əməllərə görə onunla birgə təqsirləndirilən başqa millətdən olan iki nəfər isə sadə cərimə cəzasına məhkum edilib:

“Ötən ilin aprelində Fransanın Bakıdakı səfirliyi Konsulluq Əlaqələri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, həmyerlimizin konsulluq mühafizəsini həyata keçirmək üçün Azərbaycanın səlahiyyətli orqanları ilə əlaqə saxlayıb, bütün məhkəmə iclaslarında iştirak edib”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Əfqanıstanda 14 nəfər şiə həlak olub

Növbəti Məqalə

ABŞ “Russia Today”in əməkdaşlarına sanksiya tətbiq edib

Oxşar Xəbərlər