“Futbol üzrə Rusiya çempionu Gürcüstan prezidentliyinə namizəddir” – Rusiya İvanişvilinin qərarından razıdır
Bidzina İvanişvilinin “Futbol üzrə Rusiya çempionu Gürcüstan prezidentliyinə namizəddir” qərarı Rusiyanı qane edib. Artıq ikinci gündür ki, Kremlin təbliğat mediası anti-Qərb baxışları ilə tanınan Kavelaşvilinin Alaniyanın “Spartak”ının tərkibində 1995-ci ildə Rusiya çempionu olmasını xatırladır.
Son 24 saat ərzində Rusiyada onlarla məqalə dərc olunub ki, burada Kavelaşvilinin əsas nailiyyəti və xidməti Rusiya çempionatı hesab olunur.